İqtisadi Zonaların İnkişafı Agentliyin başına “Paşa Holdinq”in işçisi gətirilib

İqtisadi Zonaların İnkişafı Agentliyin başına “Paşa Holdinq”in işçisi gətirilib Foto: Oxu az
2 February 2024
Mətni dəyiş

O, həm də Sabah futbol klubunun prezidenti Maqsud Adıgözəlovun qardaşıdır

Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yaninda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin yeni sədri təyin olunub.

“APA”-nın yazdığı məlumatda belə deyilir.

Adıgözəlov buna qədər Agentliyin sədr müavini olub. Açıq mənbələrdə bu təyinata dair məlumata rast gəlinməsə də, onun müavin vəzifəsini ötən ilin may ayından sonrakı dövrdə icra etdiyini təxmin etmək olar. Çünki Seymur Adıgözəlov 2023-cü il mayın 22-dək “Paşa Holdinq”ə məxsus “Food City Agropark” MMC-nin baş icraçı direktoru kimi fəaliyyət göstərib.

Bir çox fəaliyyət istiqamətləri üzrə böyük şirkətləri özündə birləşdirən “Paşa Holdinq” Azərbaycanın Prezidenti İlham Əliyevin ailəsinə məxsusdur.

Seymur Adıgözəlov həm də istehsalat texnologiyaları təqdim edən "Gea Solar Azeribaijan" MMC-nin rəhbəri, ölkənin əsas liqasında çıxış edən Sabah Futbol Klubunun prezidenti, Azərbaycan Klublar Komitəsinin sədri Maqsud Adıgözəlovun qardaşıdır.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ölkə başçısının sərəncamı ilə, sənaye parklarının, məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi üçün 2021-ci ildə yaradılıb.

Related News

Subscribe to stay updated