"Kaş Fətullah Gülən ABŞ-da yox, başqa ölkədə olaydı"

"Kaş Fətullah Gülən ABŞ-da yox, başqa ölkədə olaydı"
24 Avqust 2016
Mətni dəyiş
Bu gün Türkiyəyə səfər edən ABŞ vitse-prezidenti Joe Biden Türkiyə Böyük Millət Məclisində olub.
Hərbi çevrilişə cəhd zamanı Məclisin bombalanan hissələrini gəzən Joe Biden, 15 iyul hadisəsinin Türkiyənin 11 sentyabrı olduğunu vurğulayıb: "Çox üzüntü verici durumdu, hadisədən sonrakı gün burada olmaq istəyərdim".
ABŞ rəsmisi daha sonra Böyük Millət Məclisinin sədri İsmail Kahramanla təkbətək görüş keçirib. Təxminən 50 dəqiqə davam edən görüş zamanı danışılan əsas mövzu hazırda ABŞ-da yaşayan Fetullah Gülenin Türkiyəyə ekstradisiyası olub: “Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək” - deyə J.Biden bildirib.
Qeyd edək ki, ABŞ vitse-prezidentinin səfər çərçivəsində bir çox yüksək vəzifəli şəxslərlə görüşü gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun