Natiq Cəfərli həbs edildi (video)

Natiq Cəfərli həbs edildi (video)
13 Avqust 2016
Mətni dəyiş
Avqustun 12-i axşam saat 12 radələrində ReAl Hərəkatı idarə heyəti üzvü, iqtisadçı Natiq Cəfərli polis tərəfindən saxlanılıb. Gecə Nəsimi Rayon Məhkəməsinə gətirilib. Natiq Cəfərli haqqında Nəsimi Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İqtisadçının həbsi 2014-cü ildə QHT-lərə açılmış cinayət işi çərçivəsində olduğu ehtimal edilir. İqtisadçının ittiham olunduğu maddələrdən biri "qanunsuz sahibkarlıq"dır.
Bunu da oxu: Əli Kərimlinin həbsdə olan qaynını ölümlə hədələyirlər
Vəkil Cavad Cavadov açıqlamasında deyib ki, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər: "Haqqında 4 ay həbs-qətimkan tədbirinin seçilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir"
[video width="576" height="320" mp4="http://abzas.net/wp-content/uploads/2016/08/video-1471037582.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun