Türkiyə hərbi aviasiyası YPG mövqelərini bombalayıb

Türkiyə hərbi aviasiyası YPG mövqelərini bombalayıb
27 Avqust 2016
Mətni dəyiş
YPG-nin daxil olduğu Suriya Demokratik Qüvvələrinin xarici əlaqələr üzrə nümayəndəsi Abdulaziz Yunus jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Türkiyə ordusu bu gün səhər saatlarından etibarən Cerablus bölgəsinin Tilemarne kəndini bombardman edib.
Əldə edilən məlumatlara görə, Türkiyə bu gün səhər yerli vaxtla saat 10:00 radələrində Cerablus'un 8 kilometr cənubunda olan Tilemarne kəndini uzaqvuran toplar və döyüş təyyarələri ilə vurub.
Qeyd edək ki, Türkiyə ötən günlərdə də Cerablus bölgəsinin cənubunda toplarla YPG mövqelərini bombalamışdı.
Abdulaziz Yunus, Cerablus'un cənubunda YPG'nin olmadığını orada Menbiç Hərbi Məclisi döyüşçülərinin olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyə PYD və onun qanadı olan YPG-dən Fərat çayının qərb sahilindən geri çəkilməyi tələb edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun