Pantomima Teatrı yeni teatr mövsümünü açır

Pantomima Teatrı yeni teatr mövsümünü açır
13 Sentyabr 2016
Mətni dəyiş

Azərbaycan Dövlət Pantomima Teatrı yeni teatr mövsümünü sentyabrın 17-də, xalq artisti Bəxtiyar Xanızadənin "Adajio" tamaşası ilə açacaq.

"Adajio" müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır. "Adajio" poetik düşüncəsi bir şəhər parkında baş verir. Parkda altı gənc qız heykəli növbəli şəkildə canlanaraq buradan təsadüfən keçən və ya bilərəkdən buraya baş çəkən keçmiş sevgililəri ilə birlikdə eşq hekayətlərini danışırlar. Bütün bunlar əksəriyyəti Avropa, bir hissəsi Azərbaycan musiqisi olmaqla seçmə kompozisiya və rəqslər ilə müşayiət edilir.

Qeyd edək ki, Pantomima Teatrında sentyabrın 24-də S.Hacıyevanın "Dejavü", sentyabrın 25-də isə Bəxtiyar Xanızadənin "Pantomima buketi" tamaşaları nümayiş olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun