Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi açılıb

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi açılıb
15 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılış mərasimi keçirilib.
Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, Xalça Muzeyi, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının iştirakı ilə muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçirilib.
“Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd onların bərpa və konservasiya etdikləri sənət incilərini nümayiş etdirmək və milli sərvətimiz olan bu eksponatların daima nəzarətdə olduğunu və qorunduğunu göstərməkdir.
Sərgidə 49 ədəd eksponat nümayiş olunur. Bunlar xovsuz xalça, xovlu xalça, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir.
Sərgi sentyabrın 29-dək davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun