Böyük Britaniya artıq “investisiya üçün cəlbedici ölkə” deyil

Böyük Britaniya artıq “investisiya üçün cəlbedici ölkə” deyil
19 Oktyabr 2016
Mətni dəyiş
Böyük Britaniya 2009-cu ildən bu günə qədər ilk dəfə olaraq investisiya üçün cəlbedici ölkələrin ilk beşliyindən çıxıb.
Bu haqda məlumatı Global Capital Confidence Barometer hesabatına istinadən Bloomberg agentliyi vermişdir. 
Şirkətlər ölkə rəhbərliyinin nasionalist istiqamətli fəaliyyətindən və Brexit-in səbəb ola biləcəyi nəticələrdən, həmçinin valyutaların məzənnəsinin dəyişməsindən ehtiyat edir. Bununla yanaşı, Böyük Britaniyanın Avrozonadan çıxmaq haqqında qərarı da mənfi olaraq qiymətləndirilir.
2016-cı ildə investorlar üçün ən cəlbedici ölkələrin sırasında ABŞ, Çin, Almaniya, Kanada və Fransa oldu. Hesabat avqust və sentyabr aylarında dünyanın 45 ölkəsində 1,7 min şirkət rəhbəri ilə həyata keçirilən sorğu əsasında tərtib edilib.
11 oktyabr tarixində The Times nəşri qeyd etmişdi ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxmaqla bağlı sərt qərarı 15 il ərzində hər il ölkə iqtisadiyyatına 38-66 milyard funt sterlinqə (47-81 milyard dollar) başa gələ bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun