Dolların satış limiti azalır [siyahı-məbləğ]

Dolların satış limiti azalır [siyahı-məbləğ]
28 Oktyabr 2016
Mətni dəyiş
Bu gün banklardan 4-ü dollar satışına tətbiq etdiyi limiti dəfələrlə azaldıb. Bu barədə fins.az məlumat verib.
Araşdırma göstərib ki, oktyabrın 28-də “Bank Respublika” limiti 16 dəfə azaldıb. Bu günədək 5 000 dollara qədər ABŞ valyutası satırdısa, bu gün limiti 300 dollara endirib.
“Unibank” isə limiti 10 dəfə azaldıb. İndiyədək 5 000 dollaradək ABŞ valyutası satan bankda bu gün limit 500 dollara endirilib.
“Azərbaycan Sənaye Bankı” da dollar satışına tətbiq edilən limiti 1000 dollardan 500 dollara endirib “Bank Silk Vey” də bu gündən ABŞ vayutasını limitlə satmağa başlayıb.
Bankın baş ofisində 1000 dollar, filiallarda isə cəmi 500 dollar satılır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun