Putin "Simpsonlarda" Trampa səs verir

Putin "Simpsonlarda" Trampa səs verir
16 Oktyabr 2016
Mətni dəyiş
"Simpsonlar" cizgi serialının 600-cü bölümündə Rusiya prezidenti Vladimir Putin də olacaq.
Süjetə görə, baş qəhraman Homer Simpson seçki məntəqəsinə gəlir və tanış olmayan birinə rast gəlir ki, onun da sonradan Rusiya prezidenti olduğu ortaya çıxır. "Putin" Respublikçılar partiyasının namizədi Donald Trampa səs verir və bildirir ki, milyarder 102 % səs toplayaraq qalib olacaq. Serialın yaradıcıları Putini məşhur obrazında - üstsüz alt belində təsvir ediblər.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Son sorğulara görə Tramp Demokratlar partiyasının namizədindən 8% geridədir.
Putin sentyabrın əvvəlində hər iki namizədi dəyərləndirmiş və seçilən prezidentin kimliyindn asılı olmayaraq ABŞ-la işləri davam etdirəcəklərini bildirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun