Yunanıstan baş naziri Alexis Tsipras 93,54% səslə yenidən radikal solçular kooalisiyası partiyası Sirizanın rəhbəri seçilib.
Seçkilərdə 2926 deleqat istrak edə bilərdi. 2758 deleqat səsvermədə iştrak edib, onlardan 2548-i Tsiprasın lehinə səs verib, 176 bülleten doldurulmayıb, 34-ü keçərsiz sayılıb.
Bundan əlavə, partiya Qurultayında Mərkəzi komitənin və Reviziya komissiyasının yeni heyəti müəyyənləşdirilib. 151 yer üçün 419 namizəd mübarizə aparıb. Hal-hazırda səslərin sayılması davam edir. Nəticələr bazar ertəsi elan olunacaq.
"Solla layiq olduğumuz Yunanıstana doğru irəli. Sosial ədalət - Demokratiya - Ədalətli inkşaf" şüarı ilən keçirilən Qurultayda "Solçular XXI əsrdə" proqramı da müzakirə edilib.