Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirilib
19 Oktyabr 2016
Mətni dəyiş
Bağdaddakı Türkiyə səfirliyinin qarşısına minlərlə iraqlı toplanıb. Onlar türk əsgərlərinin ölkədən çıxmasını tələb ediblər.
Mühafizəkar şiələrin də iştirak etdiyi mitinqdə «rədd ol, işğalçı!» kimi şüarlar səslənib.
Türkiyə İraqın şimalında, Mosul ətrafındakı bazalarda 2 minlik qüvvə saxlayır. Bağdad Ankaranın onlardan icazə almadığını bildirir, türk əsgərlərinin ölkədən çıxmasıyla bağlı sərt mesajlar göndərir. Türkiyə bu çağırışları rədd edir.
Türkiyənin baş naziri Binali Yıldırım qeyd edib ki, Mosulun qaytarılması uğrunda əməliyyatda türk əsgərlərinin təlim keçdiyi döyüşçülər də iştirak edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun