“WhatsApp”da yeni funksiya

“WhatsApp”da yeni funksiya
7 Oktyabr 2016
Mətni dəyiş
"WhatsApp" istilənən rəqabətdə yerini qoruya bilmək üçün maraqlı funksiyalar yaratmaqda davam edir.
Bundan sonra "Snapchat"da olduğu kimi "WhatsApp" istifadəçiləri də fotoşəkilləri və video çarxları birbaşa olaraq proqramın daxilində redaktə edə biləcək.
“WhatsApp” tərtibatçıları bildiriblər ki, kameranın yeni funksiyaları sayəsində onların proqram məhsulu rahat məlumat mübadiləsi və görüntü ilə işləmək imkanlarını birləşdirib. Bunun sayəsində proqram yeni keyfiyyət səviyyəsinə keçib.
Yenilənmə sayəsində foto şəkilin üzərində müxtəlif stillərdə mətn qurmaq, şəkil çəkmək, smayllar və stikerlər yapışdırmaq mümkün olacaq.
"Yeniləmə ilk mərhələdə Android üçün sifariş edilib. iOS üçün isə bir müddət gözləmək lazımdır", - mütəxəssislər bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun