41 yaşlı tələbə: "Oğlum dedi ki, gedək sənə dəftər-kitab alaq"

16 Oktyabr 2023
Mətni dəyiş

Məktəbli olanda Xəyalə böyüyüb həkim olmağı arzulayırdı.

Amma valideynlərinin onunla bağlı planları başqa idi. "Qız uşağının təhsil nəyinə gərəkdir" deyib, valideynləri onu məktəbdən yarımçıq çıxarıblar.

Yetkinlik yaşına çatanda qohumu ilə evləndirilən Xəyalə Ələkbərova bir müddət arzularından uzaq düşüb. Yoldaşı rəhmətə gedəndən sonra eyni vaxtda iki-üç işdə işləməyə məcbur qalıb.

Çünki öhdəliyində iki azyaşlı uşağı vardı. Oğlu universitetə qəbul olandan sonra o da yarımçıq qalan təhsil arzusunu gerçəkləşdirməyə qərar verib. Bu il 41 yaşında universitetə qəbul olan Xəyalə özünü xoşbəxt hiss etdiyini deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun