Aliment ala bilməyən valideynlər, problemi həll edə bilməyən hökumət

25 Oktyabr 2023
Mətni dəyiş

“İki uşağı var, bir dəfə zəng vurmur ki, mənim uşağım nə yeyir, nə içir, nə geyinir”

Turanə Məmmədova dörd il əvvəl həyat yoldaşından boşanaraq iki övladı və ata-anası ilə kirayə evə köçüb. O vaxtdan bəri işləyib övladlarını böyütməyə çalışan Turanə deyir ki, keçmiş həyat yoldaşından kömək yoxdur. Onlar boşanan zaman məhkəmənin uşaqlar üçün təyin etdiyi alimenti əri illərdir ödəmir.

Ədliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-iyulunda 29.191 nikah və 12.610 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə boşanmaların sayı 1,5-dən 2,1 faizə qədər artıb. Boşanmadan sonra məhkəmələrdə baxılan işlərin əksəriyyəti alimentin ödənilməməsi ilə bağlıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun