“Bizim təhsil sistemimiz məktəbdən universitetlərə qədər bərbaddır”

27 Oktyabr 2023
Mətni dəyiş

Universitetdə oxumaq arzusu, bunun üçün illərlə hazırlaşmaq, əlavə kurslara yazılmaq, pul xərcləmək və nəticədə qəbul olmaq... Bəs çəkilən bu zəhmətin qarşılığında tələbələr ali təhsil ocağında arzuladıqları təhsili ala bilirlərmi?

Round University Ranking beynəlxalq dünya universitetlərinin reytinq sistemini müəyyən edir. 2023-cü ilin reytinq cədvəlinə görə, Azərbaycan universitetləri 1217 universitet siyahısında ən yaxşı halda 1030-cu sırada özəl ali təhsil müəssisəsi olan Qərbi Kaspi Universiteti ilə yer tutub.

Dünya reytinq cədvəlində son yerləri tutan Azərbaycan universitetlərində oxuyan tələbələr də düşünürlər ki, hazırda aldıqları təhsil onlara gələcəkdə iş tapmaqda, karyeralarını qurmaqda kifayət etməyəcək və mütləq əlavə təhsilə ehtiyac var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun