Siyasət

Deputat Leyla Əliyevanın ad gününə mahnı hədiyyə edib

1 dəqiqə
Deputat Leyla Əliyevanın ad gününə mahnı hədiyyə edib

Bu gün, 3 iyul prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür.

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov prezidentin qızının ad gününə mahnı hədiyyə edib.

Mahnının sözləri Leya Əliyevaya məxsusdur. Bəstə “7 utra” adlanır. Bu mahnı Novruz Aslanovun Leyla Əliyevanın şeirlərinə bəstələdiyi 4-cü mahnıdır.

Novruz Aslanov mahnı bəstələməklə də məşğuldur. O, bundan öncə Leyla Əliyevanın şeirlərinə “Esli b zvezdı stupenkami stali” (“Ulduzlar pillə olarsa”), “Noç” (“Gecə”),  “Я uydu” (“Mən gedəcəm”) adlı mahnılar bəstələyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun