Meksikada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb.
Abzas.net xəbər verir ki, bu barədə Meksikanın milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente məlumat verib.
"Hal-hazırda ölənlərin sayının 216 nəfərə çatdığı bildirilir: 71 nəfər Morelosda, 86 nəfər Mexikoda, 43 nəfər Pueblada, 12 nəfər Edomeksdə, 3 nəfər Herreroda və bir nəfər Oahakedə", - deyə, Puente-nin "Twitter" hesabında yayılmış məlumatda bildirilir.
Zəlzələnin episentrinin Mexikonun şərqində yerləşdiyi bildirilir. Məlumata görə, zəlzələ 7.1 bal gücündə olub.



![Meksikada dəhşətli zəlzələ baş verib: ölənlərin sayı 216 nəfərə çatıb [fotolar]](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2Fmexiko-6.jpg&w=3840&q=75)