Liviyanın Benqazi şəhərində iki partlayış baş verib.
Abzas.net xəbər verir ki, bu barədə Rusiyaa KİV-i məlumat verib.
Məlumata görə, Benqazinin Salman rayonunda qısa müddət fərqlə iki minalanmış avtomobil partladılıb.
Partlayışlar nəticəsində ən azı 33 nəfər ölüb. Daha 71 nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında Liviyanın əks-kəşfiyyat rəisi general Mehdi Falah da var.
Terror aktı məscidin qarşısında törədilib. Hadisə dindarlar məsciddən çıxarkən baş verib.