“Birinci ən vacibi su içəcəm, yaxşı qidalanacam. Əsas mənə vacib olan budur hazırda”
İctimai fəal Famil Xəlilov dekabrın 3-də ev dustaqlığına buraxılıb. Bu barədə Bakı Ağır cinayətlər məhkəməsi qərar verib. Qərar fəalın sağlamlıqdan əziyyət çəkməsi məhkəmədən yayınmaq niyyətinin olmaması ilə əsaslandırılıb. Sosial mediada hökuməti tənqid edən Famil Xəlilov narkotikin qanunsuz dövriyyəsində ittiham edilib.
I qrup əlil olan Xəlilov serebral iflicdən əziyyət çəkir. O, noyabrın 28-də həbsxanada quru aclığa başlamışdı. Bununla həbsinin qanunsuz olduğuna etiraz edirdi. Famil Xəlilov ötən il Azərbaycana readmissiya edilib.