ABŞ və İngiltərədən Qırğızıstanda terror xəbərdarlığı

ABŞ və İngiltərədən Qırğızıstanda terror xəbərdarlığı
10 Oktyabr 2016
Mətni dəyiş
ABŞ və İngiltərənin Qırğızıstan səfirlikləri vətəndaşlarına oktyabr ayında hökumət və xarici diplomatlara qarşı qaçırma, girov götürmə kimi vəziyyətlərlə əlaqəli terror hücumlarının reallaşa biləcəyi xəbərdarlığını edib.
İngiltərənin Qırğızıstan səfirliyindən verilən açıqlamada, "Qırğızıstanda oktyabr ayında terror fəaliyyətlərinin arta biləcəyi, qırğız hökuməti və xarici diplomatlara istiqamətli qaçırma və girov götürmə kimi hadisələrin meydana gələ biləcəyi yönündə məlumat aldıq. Sırf İngiltərə vətəndaşlarına istiqamətli təhdid xüsusiyyəti daşıyan dəqiq bir məlumat çatmasa da, açıq yerlərdə diqqətli olmanızı, sıxlıq yerlərdən uzaq dayanmanızı və yerli səlahiyyətlilərin təhlükəsizliklə əlaqədar təlimatlarını yerinə gətirmənizi tövsiyə edirik", ifadələrindən istifadə edilib.
Oxşar açıqlama ABŞ-ın Qırğızıstan səfirliyindən də verilib. ABŞ səfirliyi vətəndaşlarını ölkənin cənubundakı Oş, Batkən və Cəlal-Abad şəhərlərinə edəcəkləri səyahətlər əsnasında diqqətli olmaları mövzusunda xəbərdarlıq edib:
"Qırğızıstan, Özbəkistan və Tacikistan sərhədləri əvvəlcədən məlumat verilmədən bağlanıla bilər. Bölgədə son aylarda təhlükəsizlik mövzusunu maraqlandıran hadisələr meydana gəldi".
Açıqlamada ayrıca ABŞ vətəndaşlarından pasportlarını yanlarında saxlamaları və Qırğızıstana getmədən əvvəl səhiyyə sığortası etdirmələri istənilib.
Xatırladaq ki, Çinin Bişkek səfirliyində 30 avqustda kamikadze tərəfindən reallaşdırılan hücumda 3 nəfər yaralanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun