1 Oktyabr 2016
Mətni dəyiş
BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik oktyabrın 1-də Rusiyaya keçib.
Rusiya sədrliyi Yeni Zelandiyadan təhvil alıb və noyabrın 1-də Seneqala verəcək. Rusiyanın TŞ sədri olacağı oktyabr ayı ərzində 20-dək iclasın keçirilməsi planlaşdırılır. İlk iclas oktyabrın 3-də baş tutacaq. Oktyabr ayı ərzində BMT TŞ-nın iclaslarının əsas gündəliyi də açıqlanıb.
Rusiyanın sədrliyi dövründə BMT TŞ-də Afrikadakı münaqişələr, həmçinin Yaxın Şərqdəki vəziyyət - Suriya, Livan, Yəməndəki durum əsas müzakirə mövzusu olacaq.