İkinci teledebatın Donald Trump-ın cümə günü 2005-ci ildə qadınlar barədə nalayiq sözlər söyləməsini göstərən videonun yayılması və Hillary Clintonun hak olunan emaillərinin sızması barədə müzakirələrin davamı ilə başlayacağı gözlənilir. Belə də oldu.
Debat namizədlərin əl sıxışmaması ilə başladı
Trump 2005-ci ildə baş vermiş hadisəyə görə üzr istəyərək bunu "hazırlıq otağı söhbəti" adlandırıb və bu hadisə ilə fəxr etmədiyini bildirdi. Onun sözlərinə görə, o, dediklərinə görə xəcalət çəkir və bu sözlərə nifrət edir.
Üzrxahlığa baxmayaraq Clinton dedi ki, bu video Trump-ın kim olduğunu göstərir. O, habelə Trump-ın azlıqları, müsəlmanları və müharibə məhbuslarını təhqir etdiyini də dedi.
Trump Hillary Clinton-unun həyat yoldaşı sabiq prezident Bill Clinton-u Ağ Evdə qadınlara qarşı seksual təzyiq göstərməkdə ittiham etdi və bildirdi ki, müdafiə prokuroru kimi Hillary 12 yaşlı qızı zorlamaqda ittiham olunan şəxsi müdafiə edib.
Trump habelə prezident seçiləcəyi təqdirdə Klintonun pozulan 33 min emailini araşdırmaq üçün xüsusi ittihamçı təyin edəcəyini və Clinton-un həbsdə olacağını dilə gətirdi.
"Obamacare"-in gələcəyi necə olacaq?
Trump və Clinton prezident Barack Obamanın imza ilə tanınan səhiyyə proqramının gələcəyi barədə də fikir mübadiləsi apardı.
Clinton etiraf edib ki, qanun səhiyyə qiymətlərinin artmasına səbəb olub, ancaq o, proqramı ləğv etməyi söz verən Trump-dan fərqli olaraq bunu düzəltməyə çalışacağına söz verdi.
Clinton-un sözlərinə görə, o, Ali Məhkəməyə "real dünya təcrübəsi" olan şəxsi təyin edəcək. Trump isə insanların hörmət etdiyi və konstruktiv bir şəxsi bu vəzifəyə təyin edəcəyini vurğuladı.
Clinton Trump-a vergi sənədlərinə dair hücum etdi. Auditoriyanın "Zəngin amerikalıların ədalətli vergi payı ödəməsini necə təmin edəcəklər" sualına Clinton 20 il bir şəxsin vergi ödəməməsindən heyrətə gəldiyini bildirməklə cavab verdi.
Trump dedi ki, o, vergi kodunu yaxşı bilməsi ilə fəxr edir. Trump habelə Klintonun zəngin maliyyə dəstəkçilərinin çoxunun da oxşar işi gördüyünü vurğuladı.
Suriya
Clinton Suriyaya quru qoşunlar göndərməyəcəyini və bunun ağıllı strategiya olmadığını dilə gətirdi.
O, Hələbdəki vəziyyəti fəlakət adlandırdı və Rusiyanı Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamaq üçün şəhəri məhv etmək fikirdə olmaqda ittiham etdi. Clinton Suriyada davam edən vətəndaş müharibəsinə görə Suriya rejimini və Rusiyanı müharibə cinayətlərində cavabdeh tutan səyləri dəstəklədiyini bildirdi.
Trump dedi ki, o, Suriya hökumət hədəflərinə qarşı hava hücumlarına çağıran mübarizə tərəfdaşı Mayk Penslə razılaşmır. Respublikaçı namizəd şərhlərini əsasən Suriyadakı vəziyyətə görə prezident Barakc Obamanı ittiham etmək üzərində qurdu.
Trump-ın sözlərinə görə, dünya Obamanın Suriyada müharibə barədə ABŞ-ın qərarıma dair bəyanatına gülürdü. O, habelə dedi ki, Clinton Suriyadakı üsyançıların kim olduğunu bilmir. Trump həmçinin Suriyada kimlərin silahla təmin edildiyini sual altına aldı.
Rəqibdə nəyə hörmət edirlər?
Auditoruyadan daxil olan son sual zalda hərəkətliliyə səbəb oldu. Belə ki, namizədlərdən rəqiblərinin hansı xüsusiyyətinə hörməy etdikləri soruşuldu.
Hillary Clinton Donald Trumpın övladlarına hörmət etdiyini bildirdi. O, dedi ki, rəqibinin demək olar ki, dedi və etdiyi heç bir şeylə razılaşmasa da, övladlarına rəğbətlə yanaşır.
Donald Trump isə Hillary-nin dediyini kompliment hesab etdiyini və övladları ilə fəxr etdiyini bildirdi. Öz növbəsində o, Hillary Clinton-un əzmkarlığına və heç zaman vaz keçməməsinə hörmət etdiyini dilə gətirdi.
Başlanğıcdan fərqli olaraq, sonda namizədlər əl sıxışdılar.