İran öz sərhəddində 12 terrorçunu öldürüb

İran öz sərhəddində 12 terrorçunu öldürüb
5 Oktyabr 2016
Mətni dəyiş
İranın Kirmanşah əyalətində İran əsgərləri ilə PJAK terror qruplaşmasının üzvləri arasında baş verən atışmada 12 terrorçu öldürülüb.
İran-İraq sərhədində yerləşən Kirmanşah əyalətinə bağlı Selası Babacani mahalındakı Çenğerban çölündə qeydə alınan qarşıdurmadan sonra İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlarının komandiri Məhəmməd Xakpur açıqlama verib.
Xakpur bildirib ki, qruplaşmanın 12 üzvü öldürülüb və onlardan silah-sursat müsadirə olunub.
"ABŞ və İsrailin dəstəklədiyi terrorçu qruplar və inqilaba zidd qüvvələr ölkə ərazisinə keçərək təxribat törətmək istəyib. Nəcəf qərargahının təhlükəsizlik qüvvələri onların qarşısını alıb və qruplaşma üzvləri tamamilə məhv edilib", — deyə Məhəmməd Xakpur bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun