7 Oktyabr 2016
Mətni dəyiş
Ötən gün İstanbulda terror hücumunu təşkil etdiyi iddiasıyla axtarılan şəxs saxta şəxsiyyətlə qaçmağa çalışarkən Aksaray bölgəsində saxlanılıb.
Əvvəlcə İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Yenibosna 75-ci İl Polis Mərkəzi və Əsgərlik Şöbəsi yaxınlığında meydana gələn və 10 nəfərin yaralandığı partlayışın şübhəlisi olduğu təsdiqlənən PKK üzvünün, təşkilatın Suriya və ya İraqdakı düşərgələrinə getmək üçün şəhərdən ayrıldığı məlumatını əldə edib.
Daha sonra 81 vilayətin polis şöbələrinə və MİT-ə məlumat verilib.
Aksaray Təhlükəsizlik Müdirliyi əməkdaşları tərəfindən axtarışda olan şəxs saxta şəxsiyyətlə ələ keçirilib.
Şübhəli şəxsin bərabərindəki 2 nəfər də saxlanılıb. Onların əməliyyatların tamamlanmasının ardından İstanbula göndəriləcəyi bildirilir.