Nobel Sülh mükafatının sahibi bəlli oldu

Nobel Sülh mükafatının sahibi bəlli oldu
7 Oktyabr 2016
Mətni dəyiş
2016-cı ilin Nobel Sülf mükafatı Kolumbiyanın prezidenti Juan Manuel Santosa verildi. 
Norveç Nobel Komitəsinin açıqlamasında mükafatı Santosun marksist gerillə təşkilatı olan Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə hökümət arasında gedən 52 illik müharibəni sonlandırılması üçün atdığı cəsur addımlara görə verildiyi bildirilib.
Tarixi sülh razılaşması keçən həftə referendumda səs çoxluğu ilə rədd edilsə də, Nobel Komitəsi Kolumbiya hökümətinin sülh üçün atdığı addımları təqdirəlayiq olduğunu bildirib.
Mükafatlandırma mərasimi dekabrın 10-da İsveçiin paytaxtı Stokholmda keçiriləcək. Bu il Nobel mükafatının hər biri 932 min dollar məbləğində olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun