31 Oktyabr 2016
Mətni dəyiş
İngiltərədə dərc olunan The Times qəzeti tək təyyarə gəmisini Suriya sahillərinə yollayan Rusiyanın müxaliflərin nəzarət etdiyi Hələb şəhərinin şərqinə hücum edəcəyini açıqlayıb.
İngilis The Times qəzeti bu gün oxucularının qarşısına "Putin, Hələbə böyük hücum hazırlığında" başlığıyla çıxıb.
Redaktor Deborah Haynes imzalı xüsusi xəbərdə hücum hazırlığı ilə bağlı detallara yer verən qəzet, Moskvanın Amerikada keçiriləcək seçkilər ərəfəsində rəhbərlik boşluğundan faydalanmaq və Suriyadakı mövqeyini gücləndirmək üçün addım atacağını yazıb.
Xəbərini Qərb kəşfiyyat mənbələrinə istinadən yayan The Times-a görə, Rusiya müxaliflərin idarəsindəki şərqi Hələbə geniş miqyaslı hücum reallaşdıracaq.
Xəbərdəki ən diqqət çəkən vurğu, Rusiyanın tək təyyarə gəmisi Admiral Kuznetsovun qısa müddət sonra Suriya sahillərinə çatacaq olmasıdır. Oktyabr ayı müddətində Şimal dənizindən yola çıxan Admiral Kuznetsovun rəhbərlik etdiyi rus donanması hələ də Aralıq dənizidə seyr halındadır.
Moskvanın 'manevr' üçün Aralıq dənizinin şərqinə göndərildiyini elan etdiyi gəmidə nüvə mərmisi daşıyan gəmisi Pyotr Vekiliy, dənizaltı gəmilər Severmorsk və Vice-Admiral Kulakov var. Təyyarə gəmisi SU-33 bombardman təyyarələri ilə KA-27 vertolyotlarını daşıyır.
Xatırladaq ki, 302 metr hündürlüyü və 2 min heyəti olan nəhəng döyüş gəmisi Admiral Kuznetsov İngiltərə və Fransa sərhədindən keçərkən gərginlik yaşanmışdı. Gəmidəki təyyarələrin havalandığı fotoları paylaşan ingilis mətbuatı 'Ruslar gəlir' başlığından istifadə etmişdi. Yayımlanan fotoşəkillərdə vertolyotların bölgədəki NATO gəmilərinin çox yaxınında uçduğu görülmüşdü.
Qeyd edək ki, Suriyada Bəşər Əsədin rəhbər olduğu Şam rejiminin ən əhəmiyyətli qoruyucusu olan Rusiya son dövrdə vətəndaş müharibəsinin hökm sürdüyü ölkəyə tamamilə yerləşmək qərarını verib. Aralıq dənizi sahilindəki Tartusda qalıcı baza quran Moskva rəhbərliyi bölgəyə əlavə olaraq S-300 mərmi müdafiə sistemi yerləşdirib. Son bir ay içərisində nüvə mərmiləri iə yüklü bir çox rus döyüş gəmisi İstanbul boğazını keçərək Suriyaya yola düşüb.