11 Oktyabr 2016
Mətni dəyiş
Rus casuslar tərəfindən hack edilə biləcəkləri narahatlığıyla ingilis millət vəkillərinin kabinet iclaslarında Apple saatlarını taxmasının qadağan edildiyi bildirilir.
ABŞ-da Demokratik Milli Konqresə istiqamətli kiber hücumlarının arxasında Rusiyanın barmağı olması barədə ittihamlar davam edərkən, İngiltərədə rus hökumətinin 'axmaq və əsassız' olduğunu ifadə etdiyi bu iddialar bərabərində "Rus hacker qorxusu" meydana gəlib.
"The Telegraph" qəzetinin xəbərinə görə, ingilis millət vəkillərinin ruslar tərəfindən hack edilmə və dinlənmə riski daşıdığı səbəbiylə Apple saatlarını taxması qadağan edilib.
Qəzetə danışan bir mənbə, "Ruslar hər şeyi hack etməyə çalışır" deyib.
Eyni zamanda bənzər narahatlıqlar səbəbiylə yığıncaqlarda mobil telefon istifadə edilməsi də yasaqlanıb.