Türkiyədə terror aktı nəticəsində 18 nəfər ölüb

Türkiyədə terror aktı nəticəsində 18 nəfər ölüb
10 Oktyabr 2016
Mətni dəyiş
Türkiyənin Hakkari vilayətinin Şemdinli ərazisindəki Şemdinli-Yüksekova yolunda yerləşən polis bölməsinin qarşısında terror aktı törədilib.
Türkiyə baş naziri Binali Yıldırımın açıqlamalarına görə, avtomobilə yüklənmiş partlayıcının işə salınması nəticəsində 10 əsgər və 8 mülki şəxs həlak olub, 27 nəfər yaralanıb.
Çukurca rayonunda törədilmiş digər terror hücumunda daha bir əsgər həlak olub.
Əldə edilən ilkin məlumatlara əsasən, keçirilən əməliyyatlar zamanı 8 PKK üzvü zərərsizləşdirilib. Bundan başqa, ərazidəki mağaralardan birində 4 terrorçunun cəsədi aşkarlanıb.
Bölgədə havadan dəstəklənən geniş miqyaslı əməliyyatlar davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun