Üzərində Putinin qızıl barelyefi olan iPhone 7 istehsal edilib - FOTO - VİDEO

Üzərində Putinin qızıl barelyefi olan iPhone 7 istehsal edilib - FOTO - VİDEO
6 Oktyabr 2016
Mətni dəyiş
Xüsusi lüks smartfonların hazırlanması üzrə ixtisaslaşmış Caviar şirkəti Rusiya prezidenti Vladimir Putinin doğum günü münasibətilə üzərində dövlət başçısının qızılla bəzədilmiş barelyefi olan məhdud sayda iPhone 7 istehsal edib. 
Şirkət bu barədə özü məlumat yayıb.
Smartfonun modeli Supremo Putin Damascus adlanır. Telefonun korpusu Dəməşq poladı ilə haşiyələnib. Üzərində Rusiyanın gerbi, prezidentin barelyefi və onun dediyi cümlələrdən ən məşhuru həkk olunub: “Biz bütün çağırışlara cavab veririk! Rusiyanın xeyrinə çalışacağıq".
putin1
Telefonun dizaynı iki variantda hazırlanıb: monoton titan qammalı və bi-metal, soyuq polad fon və qızıl elementlər.
Smartfon məhdud sayda istehsal olunub. Satışa cəmi 64 nüsxə çıxarılıb. Bu cihaz 128 gb və 256 gb yaddaşla buraxılıb.
putin2
Yeni telefonun sarı qızılla hazırlanmış versiyasının qiyməti 207 min rubldan başlayır. Ağ qızılla işlənmiş telefonun yaddaşı digərindən çox olduğu üçün, qiymətlər 232 min rubldan satışa təqdim ediləcək.
Qeyd edək ki, Vladimir Putin doğum gününü oktyabrın 7-də qeyd edəcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun