3 Noyabr 2016
Mətni dəyiş
İngiltərədə Ali Məhkəmə ölkənin Avropa Birliyindən (AB) ayrılmasına (Brexit) istiqamətli müzakirələrə Parlament razılığı olmadan başlaya bilməyəcəyi barədə qərar qəbul edib.
İngilis hökuməti özünə xarici əlaqələr, müdafiə və milli təhlükəsizlik sahələrində səlahiyyət verən 19-cu əsrdən qalma qanunu əsas gətirərək əks fikri müdafiə edirdi.
Məsələni Yüksək Məhkəməyə qaldıranlar isə hökumətin Parlament razılığı olmadan səlahiyyətlərindən istifadə etmənin düzgün olmadığını açıqlamışdılar.
Hökumətin dekabr ayında bu qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.
Ancaq əks qərar verilmədiyi müddət ərzində İngiltərə hökuməti Lissabon sazişinin birlikdən çıxmağı göstərən 50-ci maddəsini tək başına həyata keçirib, Parlament razılığı olmadan müzakirələrə başlaya bilməyəcək
İngiltərə Baş naziri Theresa May lideri olduğu Mühafizəkar Partiyasının iki ay əvvəl keçirilən illik konfransında, AB-dən ayrılma prosesini mart ayının sonunda başladacaqlarını söyləmişdi.
Qeyd edək ki, prosesin iki il ərzində tamamlanması lazımdır.