​Yəməndə terror aktı nəticəsində ən azı 60 nəfər ölüb

​Yəməndə terror aktı nəticəsində ən azı 60 nəfər ölüb
29 Avqust 2016
Mətni dəyiş
Yəmənin Ədən adlı liman şəhərində terror hadisəsi baş verib.
Yerli polisin ilkin məlumatına görə, terrorçu-kamikadze partlayıcı qurğu olan avtomobili yeni əsgərlərin hərbi biliklərə yiyələndiyi binaların birinin içinə sürüb.
Nəticədə ən az 65 nəfər ölüb. 60 nəfər isə xəstəxanalara yerləşdirilib.
Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Qeyd edək ki, may ayında da terror qruplaşması eyni hadisəni törətmiş və nəticədə 41 nəfər həlak olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun