30 Avqust 2016
Mətni dəyiş
İtalyan Sahil Təhlükəsizlik Xidməti qüvvələri, dünən Liviya sahillərində geniş xilasetmə əməliyyatı həyata keçirib.
Sabratha qəsəbəsinin sahillərində Liviyadan yola çıxaraq İtaliyaya gəlməyə çalışan 40 ayrı qayıqa əməliyyat keçirildiyi və 6 min 500 qaçqının xilas edildiyi bildirilib.
Xatırladaq ki, bazar günü eyni bölgədə ispan polisi İtaliyaya getməyə çalışan miqrantların olduğu gəmiyə müdaxilə edərək min 100 mühaciri xilas etmiş və İtaliya Sahil Təhlükəsizlik Orqanlarına təhvil vermişdi.