Bu gün səhər saatlarında Çinin Qırğızıstandakı səfirliyinin ərazisində güclü partlayış törədilib.
Əldə edilən ilkin məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb.
Səfirliyin iki əməkdaşı partlayış zamanı yaralanıb. Bomba yüklü avtomobili səfirliyin qapısına çırpan şəxsin öldüyü bildirilir.
Hazırda hadisə yerində polis araşdırma aparır.