28 Avqust 2016
Mətni dəyiş
ABŞ Geoloji Xidmətindən verilən məlumata (USGS) görə, İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 07.23-də qeydə alınıb. Zəlzələnin episentri Jayapura qəsəbəsindən 238 km qərbdə, mərkəzi 28.3 kilometr olan dərinlikdə yerləşib.
Ölən və yaralananlar haqqında məlumat verilməyib.
Sunami təhlükəsi elan edilməyib.