İstanbulun sabiq polis rəisi saxlanılıb

İstanbulun sabiq polis rəisi saxlanılıb
30 Avqust 2016
Mətni dəyiş
İstanbul polisinin sabiq rəisi Hüseyn Çapkın "Fetullah Gülen Terror Təşkilatı"na (FETÖ) qarşı başladılan istintaq çərçivəsində saxlanılıb.
Məlumata görə, Gülen hərəkatının fəaliyyətini ört-basdır etməkdə ittiham olunan H.Çapkın İzmirin Çeşmə bölgəsində saxlanılaraq, sorğu-sual üçün İstanbul Prokurorluğuna aparılıb.
Qeyd edək ki, daha əvvəl İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu da eyni ittihamlarla həbs edilmişdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun