29 Avqust 2016
Mətni dəyiş
Misirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Sohag polisinin verdiyi məlumata görə, şəhərdə yerləşən beynəlxalq hava limanı yaxınlığında mikroavtobus minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində azı 12 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəzanın hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.