Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşı saxlanılıb

Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşı saxlanılıb
28 Avqust 2016
Mətni dəyiş
İsrail sərhədçiləri Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşını saxlayıblar.
Saxlanılan vətəndaşlar turu eyni turizm şirkətindən əldə ediblər. Gürcüstan səfirliyi hadisənin təfərrüatlarını araşdırır.
Məlumata görə, Gürcüstan vətəndaşları İsrail sərhədçilərinə zəvvar olduqlarını inandıra bilməyiblər. Turizm şirkəti gürcülərin adi sərhəd yoxlamasından keçə bilmədiklərini qeyd edib.
Gürcüstanın rəsmi qurumları yaranmış vəziyyətlə bağlı heç bir şərh verməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun