Danimarkada polisə silahlı hücum olub

Danimarkada polisə silahlı hücum olub
1 Sentyabr 2016
Mətni dəyiş
Danimarkanın paytaxtı Copenhagen şəhərində gecə saatlarında polislərə qarşı təşkil edilən hücumda üç nəfər yaralanıb.
Yerli saatla 23.00 radələrində qeydə alınan hücumda açılan atəşdən sonra başından ağır yaralan polis xəstəxanaya çatdırılıb. Ayağından yaralanan digər polis ilə təsadüfən hadisə yerindən keçən vətəndaşın da müalicələri davam edir. Polis yaralanan vətəndaşın hadisə ilə əlaqəsinin olmadığını və xarici vətəndaş olduğunu açıqlayıb.
Copenhagen şəhərinin Christiania məhəlləsində meydana gələn silahlı qarşıdurmadan sonra olay yerindən qaçan şübhəli şəxsin ələ keçirilməsi üçün əməliyyat-axtarış tədbirləri başlayıb.
Qeyd edək ki, daha əvvəl donanmaya aid qarnizon binalarından ibarət Christiane bölgəsi donanma tərəfindən boşaldıldıqdan sonra öz içində qaydaları olan, narkotikin sərbəst satıldığı, Copenhagen şəhəri daxilində bir növ muxtar bölgə halına gəlmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun