Poroşenko: Krım Ukraynaya aiddir

Poroşenko: Krım Ukraynaya aiddir
6 Sentyabr 2016
Mətni dəyiş
"Krım Ukraynanındır, Ukraynaya aiddir və Ukraynanın olacaq"
Ukrayna prezidenti Petro Poroşenko parlamentdə çıxış edib. Ölkə başçısı ölkənin şərqindəki böhran və Krım ilə əlaqədar açıqlamalar verib.
Poroşenko çıxışı zamanı bildirib ki, Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir: "Beynəlxalq qüvvələr Ukraynanın ərazi bütövlüyü yenidən təmin edilənə qədər hökümətimizə dəstək verməli, bununla bərabər Rusiyaya qarşı sanksiyaları davam etdirməldir".
Ukraynanın ərazi bütövlüyü üçün mübarizənin davam edəcəyini vurğulayan Poroşenko, Rusiya prezidenti Vladimir Putinin keçən həftə Krım məsələsinin bağlandığına dair sözlərinə də cavab verib.
Poroşenko, "Putin elə danışır ki, sanki Krım məsələsi bağlanıb. Bu cür düşünmək axmaqlıqdır. Krım Ukraynanındır, Ukraynaya aiddir və Ukraynanın olacaq. Başqa fikirlər səsləndirməyə ehtiyac yoxdur", - deyə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun