Hillary Clintonun halı pisləşib

Hillary Clintonun halı pisləşib
11 Sentyabr 2016
Mətni dəyiş
ABŞ-da Demokratların prezidentliyə namizədi Hillary Clinton Nyu Yorkda 11 sentyabr qurbanlarının xatirəsinin yad edilmə mərasimində özünü pis hiss etsə də, indi vəziyyəti yaxşıdır, onun sözçüsü deyib.
O "istilik hiss etdiyindən qızının evinə aparılıb", onun kampaniyası üzvləri deyib.
Xanım Clinton-un Respublikaçı rəqibi Donald Trump bundan öncə onun sağlamlığı barədə şübhələrini bildirmişdi.  Həkimlər onun 2012-ci ildə qan laxtalanmasına görə keçirdiyi əməliyyatdan sonra tam sağaldığını bildirib.
Onun şəxsi həkimi Lisa Bardack ötən ay deyib ki, onun "sağlamlıq vəziyyəti əladır" və o ABŞ prezidenti kimi xidmət etməyə uyğundur.
Xanım Clintonun 68, cənab Trumpın isə 70 yaşı var.
Adı çəkilməyən bir hüquq-mühafizə mənbəyi Fox kanalına deyib ki, xanım Clinton onu Nyu Yorkdakı mərasimi tez tərk etməyə məcbur edən "tibbi vəziyyət" keçirib.
Daha sonra o avtomobildə ikən huşunu itirib. Başqa bir şahid isə bildirib ki, xanım Clintonun birdən bədəni boşalıb, dizləri bükülüb və o avtomobilə minərkən ayaqqabısını itirib.
Fox kanalına müsahibə verən şahidlərin dediklərini hələlik başqa mənbədən təsdiqləmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun