AB-nin sabiq məsul şəxsinin off-shore şirkəti olduğu açıqlanıb

AB-nin sabiq məsul şəxsinin off-shore şirkəti olduğu açıqlanıb
23 Sentyabr 2016
Mətni dəyiş
Baham adalarında off-shore şirkəti olanlar arasında Avropa Birliyi Komissiyasının sabiq sədr müavini Neelie Kroesun da olduğu ortaya çıxıb.
“Beynəlxalq Jurnalistika Araşdırmaları Konsorsiumu”-nun üç ay üzərində çalışdığı sənədlər dünyanın öncül 32 media şirkəti vasitəsilə ictimaiyyətə çatdırılıb.
Avropadan vergi cənnətini seçən ən diqqət çəkici ad isə vergi qaçaqçılığı ilə mübarizəsinə görə mükafatlandırılan Avropa Komissiyasının sabiq sədr müavini Neelie Kroes olub.
2004 və 2014-cü illər ərzində AB Komissiyasının eyni zamanda rəqabətdən məsul nümayəndəsi olaraq çalışan Neelie Kroesun 2000 və 2009-cu illərdə Baham adalarında yerləşən off-shore şirkətində idarəçilik də etdiyi aşkarlanıb.
Qeyd edək ki, Neelie Kroes AB Komissiyasına seçilmədən əvvəl Hollandiyada bir müddət nəqliyyat naziri də olub.
Baham adaları sənədləri dünyanın dörd bir tərəfindən, çox sayda siyasətçi və iş adamının sərvətlərini müxtəlif şirkət və hesablar vasitəsilə vergi cənnətlərində necə gizlətdiyini ortaya çıxarır.
Xatırladaq ki, konsorsium aprel ayında Panama sənədləri ilə vergi cənnətində gizli hesabları və şirkətləri olan kifayət qədər siyasətçinin adını açıqlamışdı.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun