5 Sentyabr 2016
Mətni dəyiş
ABŞ-ın Florida ştatında təsirli olan "Hermine" qasırğası iki nəfərin ölümünə səbəb olub.
Miami Milli Qasırğa Mərkəzində çalışan mütəxəssis Eric Blake, iki nəfərin ölümünə gətirib çıxaran qasırğanın, Florida ştatından Virginia bölgəsinə qədər yüz minlərlə adamı işıqsız qoyduğunu və evlərə zərər verdiyini söyləyib.
Şimali Carolina əyalətini də təsiri altına alan "Hermine" səbəbiylə sahillərin bağlandığını qeyd edən Blake bildirib ki, Orta Atlantikdən şimal-şərqə qədər çimərliklər həftə sonuna kimi bağlı olacaq.
Qasırğanın Maryland əyalətinin "Ocean City" şəhərini də təsiri altına alması gözlənilir.