ABŞ qırıcıları bu dəfə də polis məntəqəsini “səhvən” bombalayıb

ABŞ qırıcıları bu dəfə də polis məntəqəsini “səhvən” bombalayıb
19 Sentyabr 2016
Mətni dəyiş
ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriyadan sonra bu dəfə də Əfqanıstanda yanlış hədəf seçib.
ABŞ qırıcıları dünən axşam Uruzgan-Qəndahar yolu üzərində yerləşən Trinkot ve Sagai bölgəsindəki polis məntəqəsini bombalayıb. Hadisə nəticəsində 8 nəfər polis işçisi dünyasını dəyişib. Bu barədə yerli Polis İdarəsinin nümayəndəsi Rahimullah açıqlama verib.
Polisin sözlərinə görə, koalisiya qüvvələrinin təyyarələri Trinkot şəhəri yaxınlığındakı Nəzarət-Buraxılış Məntəqəsinə zərbə endirib: "Bu məntəqə terrorçu "Taliban" hərəkatı silahlılarının mövqeyinin 800 metrliyində yerləşir. ABŞ rəsmiləri səhvən bombalandığını desə də, uzaqdan bayraqlarımız görünür. Bu hadisənin törədilməsinə səbəb olan şəxslər cəzalandırılmalıdır", - deyə polis əməkdaşı vurğulayıb.
Daha sonra meydana gələn olayla bağlı danışan amerikalı general Charles Cleveland bildirib ki, gələn təhdid xəbərləri sonrası hücum gerçəkləşdirilib. Generalın sözlərinə görə, Əfqanıstan Daxili İşlər Nazirliyi hadisənin baş vermə səbəbi və nəticəsindən xəbərdar olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun