ABŞ: Suriya qoşunlarına aviazərbə qəsdən endirilməyib

ABŞ: Suriya qoşunlarına aviazərbə qəsdən endirilməyib
18 Sentyabr 2016
Mətni dəyiş
ABŞ qırıcılarının Deyr Ez-Zor bölgəsində Suriya ordusunu bombalamasının ardından rəsmi Pentaqon açıqlama verib.
Suriya ordusu ABŞ liderliyindəki beynəlxalq koalisiya qüvvələrinin Deyr Ez-Zor yaxınlığındakı mövqelərini bombaladığını bildirmiş və 62 əsgərin öldüyü, 100 əsgərin yaralandığı məlumatını yaymışdı.
Bütün bu hadisələrin fonunda ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ liderliyindəki koalisiyaya aid qırıcıların Deyr Ez-Zorda Suriya ordusu mövqelərini vurduqlarını təsdiqləyib. Açıqlamada Suriya əsgərlərinin ''səhvən'' bombalandığı iddia edilərək hədəfin İŞİD terror qruplaşmasına aid obyektlərin olduğu ifadə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun