2 Sentyabr 2016
Mətni dəyiş
"Erməni soyqırımı" ilə bağlı Almaniya hökümətindən ziddiyətli açıqlamalar gəlməkdə davam edir.
Almaniya Bundestaqının iyunun 2-də qəbul etdiyi “erməni soyqırımı” qətnaməsinin hüquqi məcburiyyət təşkil etmədiyini deyən xarici işlər naziri Frank Valter Steinmeierin sözləri digər hökümət rəsmisi tərəfindən təkzib edilib.
Parlamentin verdiyi hər bir qərarın hüquqi məcburiyyət təşkil etmədiyini vurğulayan xarici işlər nazirinə cavab olaraq hökümət sözçüsü Steffen Seibert jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Frank Valter bu cür açıqlama verməyib.
"Alman höküməti bundestaqın erməni soyqırımı qərarından geri addım atmır" deyən Seibert, Almaniya xarici işlər naziri Steinmeierin "Erməni Soyqırımı"nın tanınmasına dair qərarı dəstəklədiyini bildirib.