13 Sentyabr 2016
Mətni dəyiş
Avropa Birliyi deyir ki, Belarusda sentyabrın 11-də keçirilmiş parlament seçkiləri "hərtərəfli seçki islahatına" ehtiyacı üzə çıxarıb.
Bazar günü seçkilərində son 20 ildə ilk dəfə olaraq iki müxalifətçi parlamentə keçib. Amma ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Kent Harstedt sentyabrın 12-də RFE/RL-ə bildirib ki, seçkilər azad və ədalətli keçirilməyib.
AB-nin xarici siyasət idarəsi sentyabrın 12-də yaydığı açıqlamasında vurğulayır ki, "səsvermə daha geniş demokratikləşmə prosesinin bir hissəsi kimi, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hərtərəfli seçki islahatlarına ehtiyacı üzə çıxarıb".
"Belarus hakimiyyətinin yubanmadan bu işi bərpa edəcəyini gözləyirik", - açıqlamada vurğulanır.
Parlamentdə prezident Alyaksandr Lukashenkanın müttəfiqləri üstünlük təşkil edir. 1990-cı illərdən bəri Belarusda keçirilən heç bir seçki azad və demokratik sayılmayıb.