BMT Suriyada humanitar yardımlara yenidən başlayır

BMT Suriyada humanitar yardımlara yenidən başlayır
22 Sentyabr 2016
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatı Hələbə gedən konvoyunun hücuma məruz qalmasının ardından dayandırılmış Suriyadakı yardım fəaliyyətlərinin yenidən başlandığını açıqlayıb.
Cenevrə Birləşmiş Millətlər Təşkilatının Humanitar Əlaqələr Koordinasiya Ofisində verilən açıqlamada, "Humanitar yardım üçün konvoyların hazırlıqları qaldığı yerdən davam edir və mühasirədə olan əl çatılmaz bölgələrə yardım çatdırmağa mümkün olan ən qısa müddətdə hazır olacağıq", - deyə bildirilib.
Dünya Sağlamlıq Təşkilatının (WHO) Suriyadakı nümayəndəsi Elizabeth Hoff isə Şam şəhərinin ətrafında tibbi yardım təmin etməyə hazırlandıqlarını söyləyib: "Moadamiya bölgəsinə mümkün olan ən qısa müddətdə səhiyyə vəsaitləri çatdırmağa çalışırıq. Məhsullar bu gün maşınlara yükləndi və sabah yola çıxmaları gözlənilir".
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Hələb şəhərindəki Urum əl Kubra bölgəsində yardım aparan konvoyun hücuma məruz qalmasının ardından Suriyaya humanitar yardım karvanı göndərməyi təxirə saldıqlarını açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun