1 Sentyabr 2016
Mətni dəyiş
Böyük Britaniyanın "British Airways" aviaşirkəti sentyabr ayının 1-dən başlayaraq İrana müntəzəm uçuşları bərpa edib.
Xatırladaq ki, aviaşirkət İrana uçuşları 2012-ci ilin oktyabr ayından dayandırıb.
Bu gündən uçuşlar həftədə 6 dəfə yerinə yetiriləcək. İlin sonunadək şirkət həftəlik uçuşların sayını 7-yə çatdırmaq niyyətindədir.