Clinton: "İndi daha yaxşıyam"

Clinton: "İndi daha yaxşıyam"
13 Sentyabr 2016
Mətni dəyiş
ABŞ-da keçirilən 11 sentyabr terror qurbanlarının anım mərasimində halı pisləşən prezidentliyə namizəd Hillary Clinton jurnalistlərə müsahibəsində vəziyyətinin "çox daha yaxşı olduğunu" bildirib.
Clinton açıqlaması zamanı bildirib ki, həkimin ona hansı diaqnozu qoyduğunu ictimaiyyətlə paylaşmamasının bu cür böyük marağa səbəb olacağı haqda düşünməyib.
Clinton həkimlərin beş gün istirahət məsləhət gördüyünü, ancaq irəli günlərdə yenidən seçki kampaniyasına davam edəcəyini bildirib.
Xatırladaq ki, 11 sentyabrda Hillary Clinton New Yorkda 2001-ci ilin həmin günü törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşdiyi üçün rəsmi mərasimi başa çatmamış tərk etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun