Mühəndislər 2025-ci ilə qədər knyazlığın ərazisini 6 hektar artırmağı planlaşdırırlar.
Yeni ərazi indiki dəniz sahilində hərəsinin hündürlüyü 26 m, ümumi çəkisi isə 10 min ton olan trapesiyaşəkilli 18 beton sütunları ilə əhatələnmiş torpaq təpələrinin yaradılması ilə əmələ gələcək.
Yeni ərazidə ümumi sahəsi 60 min km2 olan yaşayış evləri tikiləcək. Eyni zamanda “Qrimaldi Forum” konsert zalı genişləndiriləcək, yeni maşın dayanacaqları, park və bulvar tikiləcək.
“Bouygues” şirkəti qeyd edir ki, tikinti zamanı ətraf mühitə minimum zərər dəyəcək.
Əhalinin sıxlığına görə Monaka Knyazlığı ilk sıradan gələn ölkələrdəndir. Knyazlığın 1 km2 ərazisinə 18.7 min insan düşür.